İspaniya "Real Madrid"i yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə imzalaya bilər.
Sportnet.az xəbər verir ki, "kral klubu" 37 yaşlı xorvat futbolçuyla müqavilə müddətini daha 1 il uzatmaq istəyir. Klubun prezidenti Fiorentino Peres futbolçu ilə şəxsən bu barədə danışıqlar aparıb.
Qeyd edək ki, Luka Modriç bu mövsüm paytaxt təmsilçisinin heyətində 38 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.