Düşünürəm ki, bizim üçün yaxşı oyun oldu. Buraya qələbə üçün gəlmişdik. Zirəyə qarşı oyundan daha yaxşı oynadıq. Zirə ilə oyuna hazırlaşmaq üçün çox vaxtımız yox idi.
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”ın baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının XXIX turunda “Sumqayıt”a 0:4 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransıda deyib.
Hər zaman dediyim kimi, oyundan oyuna yaxşı nəticələr qazanmağa çalışırıq. Biz "Turan Tovuz"la oyunda süni örtüylü meydançada olacayıq. Bizim üçün bu çox çətin olacaq. Hazırda qarşımızda olan ən vacib məqsəd kuboku qazanmaqdır.