
Rusiyanın neft və qaz şirkəti “Qazprom” “Beşiktaş”la əməkdaşlığa başlayacaq.
Sportnet.az xəbər verir ki, əməkdaşlıq “Beşiktaş”ın ev oyunlarının keçirdiyi stadiona “Qazprom” adının verilməsiylə bağlı olacaq. Rusiya şirkəti “qartallar”a 3 illik müddət üçün 60 milyon avroluq təklif göndərib. Məlumata görə, gələn həftə “Qazprom”un rəhbər şəxslərindən Aleksey Miller İstanbula gedərək yekun razılıq əldə etməyə çalışacaq.
“Qazprom” 2007-2022-ci illər aralığında “Şalke” komandasının sponsoru olub. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Almaniya təmsilçisi əməkdaşlığa xitam vermişdi.