“Mançester Yunayted” ağır itkiylə üzləşib.
Sportnet.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Lisandro Martines ciddi zədə alıb. 25 yaşlı müdafiəçi “Sevilya” ilə Avropa Liqası matçında (2-2) ayağından xəsarət alıb. Argentina millisiylə dünya çempionu olan Martines üçün cari mövsümün bitdiyi deyilir.
Qeyd edək ki, Martines “Mançester Yunayted”ə mövsümün əvvəlində “Ayaks”dan keçib.