
"Fənərbaxça"nın kapitanı Altay Bayındır əməliyyat olunacaq.
Sportnet.az xəbər verir ki, belində ağrılar olan qapıçı yaxın günlərdə əməliyyat ediləcək. Buna görə də o, mövsümün qalan hissəsini buraxmalı olacaq.
Qeyd edək ki, A.Bayındır 2019-cu ildən "Fənərbaxça"da oynayır. O, bu mövsüm klubla ümumilikdə 36 matçda meydana çıxıb.