
"İnter"in "Çelsi"dən icarəyə götürdüyü hücumçu Romelu Lukakunu komandada saxlamayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Milan təmsilçisinin Lukaku ilə icarə müqaviləsini yeniləmək niyyəti yoxdur. Hücumçu mövsümün sonunda "Çelsi"yə qayıdacaq.
"İnter" artıq bu qərarını "Çelsi"yə bildirib. London klubu isə forvard üçün yeni komanda axtarmağa başlayıb.
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm A Seriyasında 18 oyunda 3 qol vurub. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir.