Səmimi olacam. Oyundan sonra ara bir aqqresiv danışıram. Futbolçularımdan üzr istədim. Onların heç bir günahı yoxdur. Oyunu mən uduzdum. Dəyişikliklər oyunu məhv etdi. Azarkeşlərdən üzr istəyirəm. Bu məğlubiyyətin bizə pis təsir etməyəcəyini ümid edirəm. Bacardığımızı edəcəyik. İnşallah çətin situasiyadan çıxarıq.
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın məşqçisi Samir Abbasov Misli Premyer Liqasının XXXl turunda “Qəbələ”yə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransıda deyib.