
Bilirdik ki, çətin oyun bizi gözləyir. “Sumqayıt” yaxşı komandadır. Oyuna gəldikdə, dşünürəm ki, hər 2 komanda layiqli mübarizə apardı, uda da bilərdik, uduza da, şanslı tərəf biz olduq. Futbolçularıma təşəkkür edirəm.
Sportnet.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XXXl turunda “Sumqayıt”a 2:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
Oyundan qopmamışdıq, sadəcə “Sumqayıt” təzyiq göstərirdi. Oyunun bir hissəsi onlar bizdən üstün idi. 2:0-dan sonra geridönüş etmək çox ağırdır.
Mənim aqqresiyamı futbolçuıarım normal qəbul edir.
Aylar öncə bizim fiziki durumun aşağı olmasını qeyd edirdilər. Futbol xırda detallardan asılıdır. Komanda bu gün məğlub da ola bilərdi, lakin komanda iradəni sona qədər davam etdirirdi.
Öncədən də bilirdik ki, bu period bizim üçün çətin olacaq. Heyətimiz genişdi. Rotasiya edəcəyik.