
İspaniya La Liqasının loqosu yenilənəcək.
Sportnet.az xəbər verir ki, çempionatın loqotipi yeni titul tərəfdaşı olan "EA Sports"la əməkdaşlıq çərçivəsində 2023/2024 mövsümündən etibarən dəyişdiriləcək.
İddiaya görə, yeni loqoda 30 ildir mövcud olan simvolik rəng çaları yer almayacaq. Əvəzində orada solğun qırmızı rəng olacaq. Üzərində isə "La Liqa" mənasını verən 2 "L" hərfi yazılacaq.