
Əlbəttə bu yarımfinal idi. Bilirdik ki, evdəki qalibiyyətimiz “Neftçi”ni daha da aqqresiv edəcək. Oyununun sonunda yorğunçuluq öz sözünü deyirdi. Psixoloji üstünlük “Neftçi”də idi. 2-ci qol qismətdir. Alınmadı. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm. Azərbaycan çempionatında belə abu-havalar üçün darıxmışdıq. Vaxt lazımdı güclənmək üçün. Həqiqətən üzgün olsaq da, bizi qarşıdan çempionat oyunları gözləyir. Çətin də olsa, bu 5 oyuna köklənib, bu il liqada qalmaq istəyirik.
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə 2:0 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransıda deyib.
Evdəki üstünlüyümüzü qorumaq istəyirdik. Epizodlarımız da oldu. Bu gün “Neftçi” bizi müdafiə olunmağa məcbur elədi. “Neftçi” ilə açıq futbol oynamaq gücündə deyilik.
Tək özümüzü götürmürəm. Bu il premyer liqada yeni olan klublara baxıram. Aşağı yuxarı hamımız eyniyik. Bu il məqsədimiz güclənmək idi. Buna isə vaxt lazımdır. Daha iddialı olmağımız çətindir. Çalışacayıq bundan güclü olaq.
Hər şey ola bilər. Biz də xalları hesablıyıb, bölüb, çıxırıq. Konsentrasiya kubok idi amma kuboku itirdik. Məğlubiyyət üzücüdür, amma bu oyunlar vacibdir.