Bu cür hissiyatı hiss eləməyi çox sevirəm. Düşünürəm ki, hamının sonlarda pulsu 200 idi. Amma çox sevinirəm ki, komandam əvvəldən axıra qədər futbol oynadı. Biz bütün komponentlərdə rəqibi üstələdik. Eyni zamanda bu oyunu uduza da bilərdik. Çünki son 3-4 oyunda bəxtsizlik yaşıyırıq. Hazırda xoşbəxtəm. Kubok oyunları hər zaman fərqli olur. Finalı öz doğma stadionumuzda oynayacağımız üçün şadıq. Finalda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
Sportnet.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Regekampf Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
Rəqib komanda 6 müdafiəçi iıə oynayırdı. Eyni anda da rəqib hər an yerə yıxılmağa çalışırdı. Biraz bəxtsizlik var idi. Biz cinah oyunçularını dəyişdik. Həm Ömər həm Azər hücuma daha çox qoşulmağa başladı. Mezakolli hər an topla təhlükə yarada bilir. Bütün futbolçularım əllərindən gələni etdi.
Qarşıda bizi final gözləyir. Gəlin gələn mövsüm haqda hələ danışmayaq.
Eqor gənc oyunçudur. Ona qarşı oynamaq çətindir. Oyundan oyuna oynadıqca daha yaxşı olacağına inanıram.
Ümid edirəm ki, gələn mövsüm daha çox futbolçu ilə işləyə biləcəm. Belə olan halda da, oyunçular istədiyi səviyyəyə gəlib çıxa bilmirlər.
Biz kuboku qazanacayıq.