
Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, "İnter" komandasıdır.
Simone İnzaginin baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsinin cavab görüşündə "Yuventus"a qalib gəlib - 1:0. Yeganə qolu Federiko Dimarko 15-ci dəqiqədə vurub.
İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün "İnter" iki görüşün nəticəsinə əsasən finala adlayıb.
Həlledici görüşdə rəqib "Fiorentina" - "Krenoneze" cütünün qalibi olacaq.