Bu gün ən üzüldüyüm məqam uduzmağımız deyil. Üzüldüyüm məqam azarkeşlərdir. Baxmayaraq ki, axrıncı pillədəyik, bizi dəstəkləyirlər. Nə nəticə var, nə oyun var. Belə olmaz. 3 oyun qalıb. Həddindən artıq çətin rəqiblərdir. Öz oyunumuzdan da çox rəqibin oyunundan çox şey asılı olacaq.
Sportnet.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Misli Premyer Liqasının XXXlll turunda “Səbail”ə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransıda deyib.
Biz futbolçularımla nə etməli olduğumuzu başa düşmədik. 2-ci hissədə oyub çox rahat gedirdi. Rəqibin əslində çox təzyiqi yox idi. Təəsüf ki, oyunu rəqibə hədiyyə etdik.
Məğlubiyyətin başqa bir səbəbi yoxdur. Biz buyuq. Topa sahib olsaq da, qapıda top görürük. Ən üzücü məqam odur ki, məşqlərdə aktiv olan futbolçular, oyunda bunu edə bilmirlər. Stabil oyun sərgiləyə bilmirik.