Çətin bir oyun idi. Qalan matçlar bizim üçün finala bərabər oyunlardır. Premyer Liqadan çıxmaq istəmirik. Komandam dominantlıq edirdi. Topa nəzarətdə çox yaxşı idik. Buraxdığımız qol biraz bizi sındırdı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Bu gün ən yaxşı oyunumuzdan birini keçirdik. Əvəzetmələr özünü doğrultdu. Qələbəyə görə çox şadam.
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XXXlll turunda “Sumqayıt”a 1:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
Qələbə motivasiya baxımından çox vacib idi. Komanda keyfiyyətdi oyun göstərə bilir, sadəcə bunu nəticəyə çevirməkdə çətinlik çəkirik. Psixolojiq baxımdan bu çox vacibdir.
“Qarabağ” çox güclü komandadır, amma əlimizdən gələni edəcəyik ki, taleyimizi axrıncı oyuna saxlamayaq. Qalan 3 oyunda maksimum nəticə əldə etməyə çalışacağıq.
“Sumqayıt”ın oyunlarını dünən gecəyə qədər analiz etmişdim. “Sumqayıt”ın 2-ci hissədə oyundan qopduğunu görürdüm. Bu səbəbdən oyunu öz üzərində götürə bilən futbolçuları sona saxlamışdım.