
Futbol üzrə Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Fənərbağça" komandası 5 ildən sonra həlledici oyunda iştirak hüququ qazanıb. "Sarı-lacivərdlilər" "Sivasspor"la cavab görüşündə 3:0 hesablı qələbəyə nail olublar. Qolların hamısı ikinci hissədə vurulub. Ferdi Kadiroğlu 47-ci, Mişi Batşuayi 58-ci, Coşua Kinq 85-ci dəqiqədə fərqlənib.
Bu komandalar arasındakı ilk qarşılaşma qolsuz yekunlaşmışdı.
Qeyd edək ki, digər finalçı mayın 25-də müəyyənləşəcək. "Ankaragücü" "Başakşehir"i qəbul edəcək. İlk matçda "Başakşehir" üstün olub - 1:0.