
"Sevilya" baş məşqçisi Xose Luis Mendilibarla yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, mütəxəssislə iyunun 30-u başa çatacaq müqavilənin 2024-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Mendilibar martdan "Sevilya"nı çalışdırır. Onun rəhbərliyi altında komanda finalda “Roma”nı penaltilər seriyasında məğlub edərək Avropa Liqasının qalibi olub.