PSJ-dən ayrılan Lionel Messi gələcəyi ilə bağlı qərar verib.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu "İnter Mayami"yə keçəcək.
36 yaşlı oyunçunun MLS klubu ilə prinsipial razılığa gəldiyini bildirib.
Daha əvvəl Messinin "Əl-Hilal" və "İnter Mayami"dən konkret təklif aldığı vurğulanırdı.
Qeyd edək ki, Messi ötən mövsümdən bütün yarışlarda 41 matçda iştirak edib, 21 qol vurub və 20 qolun ötürməsini verib.