Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana çıxıb. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub. Beləliklə, qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 2-ci qolunu vurub. Görüş 3:3 hesabı ilə yekunlaşıb.