“Tottenhem” və “Nyukasl Yunayted” “Lester Siti”nin futbolçusu Ceyms Meddisonla maraqlanır.
Sportnet.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Lester”in Çempionşipə düşməsinə görə komandasını dəyişmək istəyir. İngiltərə millisinin üzvüylə yaxın günlərdə danışıqlar aparılacaq.
Qeyd edək ki, Meddison son mövsüm Premyer Liqada keçirdiyi 30 oyunda 10 qol və 9 assistlə fərqlənib.