Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İsveçrə "Qrasshopper"inin yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, bu vəzifəyə komandanın sabiq müdafiəçisi Bruno Berner təyinat alıb.
46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, 2023/2024 mövsümündən komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Renat Dadaşov Sürix təmsilçisinə ötən ilin iyulunda keçib.