“İnter” “Çelsi”nin müdafiəçisi Kalidu Kulibalini heyətinə qatmaqda maraqlıdır.
Sportnet.az xəbər verir ki, Milan təmsilçisinin idman direktoru Pyero Ausilio yaxın vaxtlarda Londona səfər edəcək və orada “Çelsi” təmsilçiləri ilə bir sıra danışıqlar aparacaq. Ausilio Romelu Lukakunun icarə müqaviləsinin uzadılması və müdafiəçi Kalidu Kulibalinin mümkün icarəsi ilə bağlı müzakirələr aparacaq.
31 yaşlı Kulibali “Çelsi”yə ötən yay “Napoli”dən keçib. Kalidu “zadəganlar”ın heyətində Premyer Liqada 23 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə verib.