“Mançester Yunayted” bu yay “Tottenhem”dən Harri Keyni almaqdan vaz keçib.
Sportnet.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi cari transfer pəncərəsində İngiltərə yığmasının kapitanını transfer etmək üçün kifayət qədər məbləğə sahib olmadıqlarını bildirib.
Keynin “Tottenhem”lə müqaviləsi gələn yay bitir. Klubun prezidenti Daniel Levi 29 yaşlı forvardı komandada saxlamaq istəyir.
Qeyd edək ki, Keyn son mövsüm ərzində 49 matçda iştirak edib, 32 qol vurub və 5 assist edib.