“Milan” “Latsio”dan Luka Romeronu transfer etmək istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə klub artıq argentinalı futbolçu ilə danışıqlara başlayıb.
18 yaşlı Romero Argentinanın U-20 yığmasının üzvüdür. O, “Latsio”nu azad agent kimi tərk edir.
İspaniyanın bəzi klubları da gənc vingerlə maraqlanırlar.
Romero 2022-2023 mövsümündə “Latsio”nun heyətində 6 oyun keçirib və 1 qol vurub.
Karyerasına 2019-2020 mövsümündə “Malyorka”da başlayan futbolçu bir il sonra İtaliya klubuna keçib.