Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 200-cü oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, ulduz futbolçunun komandası Avro-2024-ün seçmə mərhələsində İslandiya yığması ilə qarşılaşır.
38 yaşlı hücumçu Ginnnessin rekordlar kitabına düşüb. O, milli komandada 200 matça çıxmış ilk oyunçu kimi tarixə düşüb. Bununla əlaqədar olaraq, ona qarşılaşmadan öncə xüsusi sertifikat təqdim olunub.
“Əl Nəsr”in forvardının ən yaxın izləyicisi Küveytdən Bədr-Əl Mutavadır. O, yığmada 196 oyun keçirib.
Qeyd edək ki, milli komandaların heyətində ən çox qol vurmaq rekordu da Ronaldoya məxsusdur. Kriştiano yığmada 122 dəfə fərqlənib.