
“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
Sportnet.az xəbər verir ki, “Qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.
Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.