“Neftçi” Rusiyada keçiriləcək “PARI Premyer” turnirində iştirak etməə bilər.
Sportnet.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev danışıb. O, Rusiyadakı siyasi vəziyyətlə əlaqədar "Neftçi"nin iyulda Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyinin qeyri-müəyyən olduğunu deyib. Klub rəsmisi paytaxt təmsilçisinin "PARİ Premyer"in təşkilatçıları ilə məsləhətləşəcəyini bildirib:
“Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.
Sankt-Peterburqdakı turnir iyulun 1-dən 15-dək keçirilməlidir. Burada “Neftçi”, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda” və Sankt-Peterburqun “Zenit” klubları iştirak etməlidirlər.
Qeyd edək ki, Rusiyanın bəzi regionlarında bu gün antiterror əməliyyatı rejimi tətbiq edilib.