
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstan “Arda”sında debüt edib.
Sportnet.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Maritsa”ya qarşı yoldaşlıq oyununda meydana çıxıb. Hüseynov matça start heyətdə başlayıb.
Qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Hüseynov Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.