
Azərbaycan U-21 millisinin bir neçə gün öncə “Aleksandriya”dan (Ukrayna) ayrılan üzvü Emil Musatafayevin yeni klubu dəqiqləşib.
Sportnet.az xəbər verir ki, yarəmmüdafiəçi karyerasını Ukraynanın digər bir komandası “Polesye”da davam etdirəcək. Bu haqda klubun saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilənin imzalandığı qeyd olunub.
Xatırladaq ki, “Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasının formasını geyinirdi. O, Azərbaycanın U-21 yığmasında 3 oyuna çıxıb.