Avstriyada keçirilən “Qarabağ” - “Ferentsvaroş” yoxlama matçından əvvəl hər iki komandanın baş məqşçisinin görüşü olub.
Sportnet.az xəbər verir ki, oyundan öncə baş məşqçilər Qurban Qurbanovla Stanislav Çerçesov ayaqüstü söhbət ediblər.
Bu komandalar hazırda Avstriyada təlim-məşq toplanışındadırlar.
Xatırladaq ki, bu məşqçilər bir-biriləri ilə tanışdılar. Ötən ilin yayında Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Çerçesovun çalışdırdığı “Ferentsvaroş”la qarşılaşıb. İki oyunun nəticəsinə əsasən, “Qarabağ” macar klubunu mübarizədən kənarlaşdırıb (1:1, 3:1).