
"Milan" "Atalanta"nın qapıçısı Marko Sportiellonu transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. İtaliyalı futbolçu yeni klubuna azad agent kimi keçib. O, 57 nömrəli forma ilə çıxış edəcək.