Rusiyanın “Zenit” klubunun 8 futbolçusu Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə oyunu buraxacaq.
Sportnet.az xəbər verir ki, onlardan 1-i yerli, 7-si isə əcnəbidir.
Belə ki, rusiyalı Daler Kuzyayevlə yanaşı, braziliyalılar - Malkom, Vendel, Robert Renan, Rodriqao, kolumbiyalılar - Matteo Kassierra, Vilmar Barrios və qazaxıstanlı Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcəklər.
Məqalədə “Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbağça”ya qarşı keçiriləcək turnirin son tur matçına tam heyətlə iştirak edə biləcəyi yazılıb.
Qeyd edək ki, “Zenit” – “Neftçi” oyunu “Qazprom Arena”da baş tutacaq.