Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin Türkiyənin "Ümraniyespor" klubuna keçidi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Ümraniyespor" ötən mövsüm Türkiyə Superliqasını tərk edib.