Rusiyada "Matç TV" turnirində iştirak edən "Neftçi" bu gün növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Srvena Zvezda" klubu üz-üzə gəlib. Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılan görüşdə Bakı klubu 0:4 hesabı ilə uduzub. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edib.
Qeyd edək ki, "Neftçi" turnirdəki ilk oyununda Zenit"ə uduzub - 1:3. "Ağ-qaralar" son matçında Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.
8 iyul
"Matç TV" turniri
20:30 "Neftçi - "Srvena Zvezda" - 0:4
Qollar: İvaniç, 9, Mitroviç, 17, Bukari, 45, Şliviç, 81