
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin yerli komanda “Fatih Karagümrük”lə yoxlama görüşünün vaxtı dəqiqləşib.
Sportnet.az xəbər verir ki, Bakı təmsilçisi qardaş ölkədəki ilk sınağına iyulun 21-də çıxacaq.
“Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı zamanı ötən mövsüm Super Liqanı tərk edən “Qaziantep”lə də yoxlama görüşü keçirəcək.