
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında II tur oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi "İstra 1961"in rəqibi olub. Oyun zaqreblilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Emreli fərqlənməyi də bacarıb. 6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini o verib. 57-ci dəqiqədə isə 26 yaşlı forvard omandasının 2-ci qoluna imza atıb. Hücumçu 88-ci dəqiqədə Bruno Petkoviç ilə əvəzlənib.
Qeyd edək ki, Mahir Emrelinin komandası hazırda turnir cədvəlində 3 xalla 4-cüdür. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.