
"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK Finlandiya çempionatında 19-cu tur oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda "İFK Mariehamn"ı qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.
HİK - "İFK Mariehamn" - 4:2
Qollar: Olusanya, 9 (1:0), Hostikka, 19 (2:0), Nqueukam, 35 (2:1), Hostikka, 77 (3:1), Heyden, 85 (3:2), Soiri, 90-pen (4:2)
Bu qələbə ilə xalını 37-ə yüksəldən (19 oyun) HİK turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. KuPS 35 xalla (18 oyun), SJK 35 xalla (17 oyun) 3-cüdür.
Qeyd edək ki, "Qarabağ"ın HİK-lə ilk oyunu avqustun 10-u Bakıda, səfər görüşü Finlandiyada keçiriləcək.