
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Sabah” - “Partizan” (Serbiya) oyununa bilet satışına başlanılıb.
Sportnet.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Biletləri iticket.az saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür. Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Sabah” - “Partizan” oyunu avqustun 10-da saat 20:00-da Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.