
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi olan "Beşiktaş" heyətini gürcü futbolçu ilə gücləndirə bilər. Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi "Dinamo"nun (Moskva) müdafiəçisi Saba Sazanovu transfer etməyə çalışır. Türkiyə klubu qarşı tərəfə 3 milyon avro təklif edib. Amma hələ ki, qarşı tərəfdən müsbət cavab gəlməyib. Məsələ burasındadır ki, Saba Rusiyanı top-5 təmsilçilərindən gələcək təklifə görə tərk edə biləcəyini bildirib. "Zenit"in yetirməsi olan 21 yaşlı futbolçu 2021-ci ildən "Dinamo"da oynayır. O, ötən ildən Gürcüstan millisində çıxış etməyə başlayıb.