Misli Premyer Liqasının 2-ci turunda "Sabah"la keçirilməli olan oyunu təxirə salınan "Sumqayıt" yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşan Samir Abasovun komandası rəqibinə 6:1 hesabı ilə qalib gəlib.
"Sumqayıt"ın heyətində Erik Sorqa het-trik edibsə, digər qolları Roi Kehat, Rövlan Muradov və Kamran Əliyev vurub.