
Bu yay "Liverpul"dan ayrılan Aleks-Oksleyd Çemberlen karyerasını "Beşiktaş"da davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. İngiltərəli hücumameyilli yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib. 29 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, "Beşiktaş" avqustun 17-i Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında Bakıdakı ilk matçda Bakı klubu 1:3 hesabı ilə uduzub.