“Bayer”(Leverkuzen) və İran millisinin forvardı Serdar Azmun İtaliyaya yollanmağa hazırlaşır.
Sportnet.az xəbər verir ki, iranlı hücumçu “Milan”dan təklif alıb.
O, “rossonyerlər”in heyətində oynamağı özü istəyib. Hazırda onun meneceri ilə “Milan” rəsmiləri danışıqları davam etdirir.
Forvardın İtaliya nəhənginə icarəyə yollana biləcəyi gözlənilir.