
“Neftçi” müdafiəçisi Mark Tamaş Macarıstan milli komandasına dəvət olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
29 yaşlı futbolçunun adı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Serbiya ilə səfər, 10-da isə Çexiya ilə ev matçlarına çağırılan geniş heyətə salınıb.
Qeyd edək ki, Tamaş Macarıstan milli komandasının heyətində 1 oyunda meydana çıxıb.