
“Sumqayıt”ın futbolçusu Tresor Mossi milli komandaya dəvət alıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun növbəti turunda Kamerun ilə qarşılaşacaq Burundi millisinin heyətinə cəlb olunacaq.
Qeyd edək ki, sözügedən görüş sentyabrın 12-də keçiriləcək.
Xatırladaq ki, T.Mossi bu ay "Sumqayıt"a transfer olunub.