
İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, London təmsilçisi "Santos"dan Deyvid Vaşinqtonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi 18 yaşlı hücumçu üçün Braziliya klubuna 16+4 milyon avro təzminat ödəyəcək. Gənc forvard yeni klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Deyvid Vaşinqton "Santos"un yetirməsidir. Braziliyalı ön xətt oyunçusu əsas komandanın heyətində keçirdiyi 29 rəsmi matçda 8 qol vurub.