
"Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Sloveniyada "Olimpiya"ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının ilk pley-off matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, “Qarabağ” bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından birini keçirib: "2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü.İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.