
"Fənərbaxça" Zaqreb "Dinamo"sundan transfer etdiyi Dominik Livakoviç ilə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu gün 28 yaşlı qolkiper üçün imzalama mərasimi təşkil olunub. Sözləşmə 5 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, D.Livakovic 2015-ci ildən "Dinamo"da oynayırdı. O, sözügedən klubda 207 oyuna çıxıb.