
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov karyerasında ilk dəfə qırmızı vərəqə alıb.
Sportnet.az xəbər verir ki, bu, Misli Premyer Liqasının VII turunda "Qəbələ" ilə səfər matçına təsadüf edib.
89-cu dəqiqədə oyun epizodu zamanı komandasının əleyhinə verilən qərara etirazını sərt formada bildirib. Bu səbəbdən, Qurbanov ikinci sarı vərəqə alaraq, baş məşqçi karyerasında ilk dəfə meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda öndədir - 2:1.