Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağı olub. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ağdam təmsilçisi qrupda ardıcıl 2-ci qələbəsini qazanıb. Komanda ilk turda Norveç "Molde"sini üstələmişdi (1:0).
5 oktyabr
UEFA Avropa Liqası
H qrupu
23:00."Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Juninyo, 70
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Bununla da "Qarabağ" xalını 6-ya çatdırıb və Almaniya "Bayer"i ilə birlikdə ilk 2 yeri bölüşür.