
Misli Premyer Liqasında 9-cu tur davam edir.
Sportnet.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edib. "Səbail" son dəqiqə qolu ilə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 90+5-ci dəqiqədə Rüfət Abdullazadə vurub.
Günün digər görüşündə isə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
7 oktyabr
18:00. “Sabah” – “Araz-Naxçıvan” - 1:1
Qollar:İshak Belfodil, 76-avtoqol (0:1), Anatoli Nuriyev, 82 (1:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
“Bank Respublika Arena”
16:00. “Qəbələ” – “Səbail” - 0:1
Qol: Rüfət Abdullazadə, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu