
Bu gün Misli Premyer Liqasında 9-cu tura və birinci dövrəyə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, 3-cü - sonuncu oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Əvvəlcə "Kəpəz" "Sumqayıt"ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Turun mərkəzi qarşılaşmasında isə ötən mövsümün 3-cüsü "Neftçi" son çempion "Qarabağ"ı qəbul edir. Bu oyun isə saat 19:30-da start götürüb.
Qeyd edək ki, turun digər matçları 6 və 7 oktyabr tarixlərində keçirilib.
8 oktyabr
19:30. “Neftçi”– “Qarabağ” - 0:2
Qol: Juninyo, 46, Redon Cica, 88
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
“Neftçi Arena”
16:30. “Sumqayıt” – “Kəpəz” - 1:0
Qol: Roi Kehat, 62
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Kapital Bank Arena”